İraq ordusu son həftələr ərzində ölkə ərazisinin üçdə iki hissəsini İŞİD terrorçularından təmizləməyə nail olub.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, bu barədə Tehranda səfərdə olan İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib:
"Bundan əvvəl terrorçular ölkə ərazisinin təqribən 55 faizini işğal etmişdilər. Hazırda onlar ölkənin 19 faizinə nəzarət edirlər. Son günlər isə biz onların geri çəkildiyinin şahidi oluruq".
İbrahim əl-Cəfəri onu da bildirib ki, İraqda İŞİD-in sıralarında 100 ölkədən olan terrorçular döyüşür. İraq ordusu artıq Ənbar və Ramadini terrorçulardan təmizləyib. Hazırda İraq ordusu Neynəva əyalətinin paytaxtı olan Mosul şəhərini işğaldan azad etməyə hazırlaşır.
Nihad