5 Yanvar 2016 02:52
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox “Vilayət Sina” qruplaşmasının silahlısı məhv edilib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib.

Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib.

Xatırladaq ki, “Vilayət Sina” – İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir.


Müəllif: