9 Yanvar 2016 13:54
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika polisi “Bəstəboy” ləqəbli məşhur narkobaron Xoakin Qusmanı tutub. ANS PRESS-in məlumatına görə, Qusman "Sinaloa" kartelinə rəhbərlik edib.“Bəstəboy” 2015-ci il ən güclü qorunan həbsxanadan tünel qazaraq qaçmağı bacarmışdı. “Missiya yerinə yetirildi, biz onu yaxaladıq. Xəbər vermək istəyirəm ki, Meksika vətəndaşı Xoakin Qusman Loera saxlanılıb”, - deyə Meksika prezidenti "Tvitter" hesabında yazıb.

Meksika prezidenti, həmçinin ölkənin təhlükəsizlik qüvvələrinə təşəkkür edib. Tam adı Xoakin Arçivaldo Qusman Loera olan narkobaron, eyni zamanda “El Çapo” ləqəbiylə tanınıb. Qusman uzun illər axtarışda olub və bir neçə dəfə həbsxanadan qaçıb. Vaxtiylə ABŞ Dövlət Departamenti narkobaronun tutulmasına dəstək verən məlumat üçün 5 milyon dollar mükafat vəd edib.

Son iki ildə ABŞ-da və Meksikada Qusmanın bir neçə yaxın qohumunu və silahdaşını həbs edib. “Forbes” jurnalı onun sərvətini təxminən bir milyard dollar səviyyəsində qiymətləndirib.


Müəllif: