12 Yanvar 2016 16:19
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstanbulun Sultanahmet meydanında baş verən partlayışı Suriya əsilli kamikadze törədib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə hökuməti terror hücumunu qətiyyətlə pisləyir: "Baş verən terror aktlarına görə bölgədə milyonlarla insanın hüquq və azadlıqları pozulur. Bu hadisələri dövlət deyil, terror təşkilatının özü törədir. Türkiyənin kürd vətəndaşları ilə heç bir problemi yoxdur. Hər kəs kimi kürd qardaşlarımın da yaşadığı yerlərdə çətinlikləri ola bilər. Bunları onların özləri ilə həll edəcəyik. Bu gün Türkiyənin ən böyük problemi terrorçuluqla mübarizədir".

Samir


Müəllif: