23 Yanvar 2016 08:58
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Ərdoğan deyib ki, vəfat edən milyarder Mustafa Koçun ölümündən bir gün əvvəl onunla görüşüb, zarafatlaşıbmış.

Avropa.info xəbər verir ki, Ərdoğan M.Koçun ölümü ilə bağlı jurnalistin sualına cavab verib.

Jurnalistin "Mustafa Koçun ölümü barədə nə deyəcəksiniz" sualına Ərdoğan belə cavab verib: “Qısmətdən qaçmaq olmaz. Mustafa bəy və Əli bəy mənim qonağım idi. Zarafat etdik. Arıqlamasından danışdıq. İçkini azaldıb-azadmamağını soruşdum. Dedi ki, azaltmışam.

Səhər tezdən xəbəri görüncə şok oldum. O dəqiqə Əli bəyə zəng etdim. Rahmi bəylə də görüşdüm. Allahdan rəhmət diləyirəm. Türk sənayesində 13 il ərzində çox vacib sıçrayışa nail olublar”.


Müəllif: