26 Yanvar 2016 00:35
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ən azı 36 nəfər qar çovğununun qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi yerli mətbuat yazıb. Bazar ertəsi Vaşinqtonda bütün dövlət müəssisələri və məktəblər hava şəraiti ilə əlaqədar bağlı olub. Xüsusilə Amerika Dövlət Departamentinin brifinqi təxirə salınıb. Bundan əlavə, güclü qar dəmir yolunun hərəkətində fasilələr yaradıb. Vaşinqton və Baltimorda ən azı 1510 aviareys təxirə salınıb və ya gecikmə ilə uçub. Şərq sahilinin bəzi yerlərində yağan qarın hündürlüyü 91 sm.-ə çatıb.

Ümumilikdə təbii fəlakət 85 milyon insana ziyan vurub və 300 min nəfəri işıqsız qoyub.


Müəllif: