Cənubi Tayvandakı Taynan şəhərində şənbə günü baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 37-ə çatıb.
Teleqraf.com-un məlumatına görə, həlak olanların arasında 10 uşaq da var.
Tayvanın Xilasetmə Mərkəzinin məlumatına əsasən, 6,4 bal gücündə olan zəlzələ şənbə günü səhər saatlarında baş verib. Zəlzələ nəticəsində bir neçə hündür mərtəbəli bina dağılıb.
Xilasedicilər zəlzələ bölgəsində zərərçəkənləri bina uçuqlarının altından çıxarmağa davam edirlər. Bu gün səhər saatlarında 50 saat dağıntılar altında sağ qalan kişi və qadın tapılıb.