8 Fevral 2016 19:27
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanla İran arasında ilk ticarət razılaşması imzalanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Ticarət Palatası məlumat yayıb.

Bildirilib ki, 30 milyon dollar dəyərində razılaşma heyvandarlıq sektorunda əməkdaşlığı əhatə edir: "Sözügedən saziş iqtisadi sahədə İran və Qazaxıstan arasında strateji tərəfdaşlığın ilk addımıdır".

Palatanın sədri Meyirbek Majitovun sözlərinə görə, Qazaxıstan və İran iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və bu razılaşma yeni proseslərə təkan verəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər