10 Fevral 2016 09:36
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Silahlı Qüvvələrinə məxsus hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Pəncab əyalətinin Gucranvala şəhərində baş verib.

Qəza zamanı təyyarədə olan 2 pilot həlak olub. Yayılan məlumatlarda "Muşak" tipli hərbi təlim təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırıldığı bildirilib.

Elvin


Müəllif: