10 Fevral 2016 17:53
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının bir müddət seks köləsi etdiyi, daha sonra isə qaçıb canları qurtarmağı bacaran qadınlar intiqam üçün silahlanıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qadınlar "Günəşin qadınlar gücü" adı altında Mosul taboru yaradıblar. Məlumatlara görə, qadınların əksəriyyəti Sincar bölgəsinin azad edilməsi zamanı terrorçulardan yaxalarını qurtara biliblər.

Tabordakı silahlı qadınların sayı hələlik 100 nəfər göstərilir. Qadınlar xüsusi təlim keçdikdən sonra döyüşlərə qatılacaq.

Elvin


Müəllif:

Oxşar xəbərlər