Bu dəqiqələrdə Türkiyə və İsrail heyətləri arasında Cenevrədə danışıqlar başlanıb.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin NTV telekanalı məlumat yayıb.
Məlumata görə, Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müşaviri Firudin Sinirlioğlu başçılıq edir. İsrail heyətini isə Benyamin Netanyahunun nümayəndəsi Cozef Cieçanover və Milli Təhlükəsizlik İdarəsinin məsləhətçisi Jakop Nagel təmsil edir.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu ildə "Mavi Mərmərə" gəmisinə edilən hücum səbəbindən kritik həddədir.