Türkiyədə ümumilikdə 400 məktəb binası terror nəticəsində müxtəlif dərəcədə zərər görüb.
Bu barədə məlumat verən Türkiyənin təhsil naziri Nabi Avcı bildirib ki, terror nəticəsində məktəblərə dəymiş zərərin aradan qaldırılmasına nazirlik tərəfindən təxminən 33 milyon ABŞ dolları məbləğində vəsait xərclənib.