NATO Gürcüstana "Alyans üzvlüyünə yaxınlaşmaq və müdafiə gücünü artırmaqda" kömək edəcək.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə bəyan edib.
Nazirlər səviyyəsində Gürcüstan-NATO görüşündən sonra Y.Stoltenberq bildirib ki, Alyans ölkənin islahatlar yolundakı nailiyyətlərini alqışlayır: "Amma hələ əlavə addımlar atılmalıdır, o cümlədən, qanunun aliliyi sahəsində".
Y.Stoltenberq deyib ki, NATO Gürcüstanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir.