14 Fevral 2016 08:03
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının döyüş təyyarələri yaxın günlərdə Türkiyənin “İncirlik” aviabazasına gələ bilər. APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“Səudiyyə Ərəbistanının təyyarələri İŞİD-ə qarşı mübarizədə iştirak etmək məqsədilə yaxın günlərdə Türkiyəyə göndərilə bilər. Bu bizim ümumi mübarizənizdir. Səudiyyə Ərəbistanı hərbi-hava əməliyyatına qatılmaq niyyətindədir”, deyə Çavuşoğlu Antalyada jurnalistlərə bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanının döyüş təyyarələri Türkiyənin “İncirlik” aviabazasında yerləşdiriləcək. Çavuşoğlu Türkiyəyə göndəriləcək təyyarələrin sayı barədə açıqlama verməyib.

“Hazırda Suriyada quru əməliyyata dair heç bir qərar və ya strategiya yoxdur”, deyə nazir əlavə edib.


Müəllif: