ABŞ Dövlət departamentinin sözçüsü Con Kirbi Türkiyənin YPG qüvvələrinə təşkil etdiyi əməliyyatlara münasibət bildirib.
Hadisəni diqqətlə izlədiklərini deyən Vaşinqton rəsmisi Ankaraya əməliyyatları dayandırmaq barədə çağırış edildiyini bildirib:
“Hələbin şimalında baş verən hadisələrə görə narahatıq və bütün tərəflər arasında gərginliyi azaltmağa çalışırıq”.
Kirbi İŞİD-in həm Türkiyə, həm də YPG üçün ciddi təhlükı yaratdığını, tərəflərin bu məsələyə diqqət verməsi lazım olduğunu qeyd edib./Axar.az/