"Xəzər donanmasının tərkibində Suriyanın İdlib əyalətindəki hospitalı dağıdan ballistik raketi buraxa biləcək bir dənə də olsun hərbi gəmi yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Ukraynada səfərdə olan Türkiyə baş naziri Əhməd Davutoğlu dünən Xəzər dənizindəki donanmamızdan buraxılan ballistik raketlə İdlib əyalətindəki hospitalın vurulduğunu iddia edib. Bir daha qeyd etmək istəyirəm ki, Xəzər donanmasında ballistik raket buraxa biləcək hərbi gəmi yoxdur", - deyə Rusiya MN rəsmisi qeyd edib.