17 Fevral 2016 16:21
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Un, ərzaq malları və tibbi ləvazimatlarla dolu 100 yük maşınından ibarət humanitar yardım karvanı Suriyaya göndərilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi Muhanad əl Asadi məlumat verib.

Onun sözlərinə görə, humanitar yardımla yüklənmiş 40 avtomobil Dəməşq şəhərinin müxaliflərin nəzarətində olan bölgələrinə göndəriləcək: "30 yük avtomobili Madaya və Zabari, 20-i isə Fua və Kafraya şəhərlərinə çatdırılacaq. Madaya şəhərinə həmçinin, mobil hospital aparılacaq".

Qeyd edək ki, fevralın 12-də Münhendə keçirilən təhlükəsizlik konfrasında bir həftə ərzində Suriyada atəşin dayandırılması və bura humanitar yardımın çatdırılması ilə bağlı razılıq əldə edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər