2 Mart 2016 21:35
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Suriya Avropaya qarşı aqressiv strategiyalarında miqrasiyadan silah kimi istifadə edirlər, Avropada ABŞ qoşunları və NATO qüvvələrinin baş komandanı deyib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ABŞ generalı Filip Breedlove Avropaya axın edənlər arasında cinayətkar, ekstremist və döyüşçülərin olduğunu da qeyd edib.

ABŞ Senatının qarşısında çıxış edən hərbçi deyib ki, böhran qeyri-döyüş vasitələrindən istifadə edən Moskvaya Aİ və NATO üzvləri arasında parçalanma yaratmaq imkanı verir.

Makedoniya üzərindən sərhəd keçidi məhdudlaşdırıldıqdan sonra Yunanıstan ərazisində miqrantların sayı artmaqdadır.

Ötən il ərzində dəniz üzərindən Avropaya 1 milyon adam gəlib. Yeni rəqəmlərə əsasən, ilin əvvəlindən eyni yolla gələnlərin sayı artıq az qala 130 minə çatıb.

Beynəxalq Miqrasiya Təşkilatı səyahət vaxtı 418 miqrantın boğularaq öldüyünü bildirir.


Müəllif:

Oxşar xəbərlər