Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə-Avropa Birliyi zirvə toplantısı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə Almaniya kansleri Angela Merkel və Avropa Birliyinin hazırki sədri, Hollandiya Baş naziri Mark Rutte ilə görüşüb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüş mətbuata bağlı şəraitdə 5 saat 45 dəqiqə davam edib.
Liderlərin hansı məsələləri müzakirə etdiyi məlum deyil. Hökumətdəki mənbələrdən verilən məlumata görə, zirvə toplantısında miqrant böhranı, Suriyadakı vəziyyət, Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzvlüyü və regional məsələlər müzakirə ediləcək.
Samir