Təl Əvivdə baş verən terror aktı nəticəsində yaralananlar arasında iki Rusiya vətəndaşı var.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bıçaqla silahlanan fələstinli Təl Əviv ətrafındakı Yaffa şəhərində yoldan keçənlərə hücum edib. O, bir nəfəri qətlə yetirib, 10-a yaxın adamı yaralayıb. Həlak olan şəxs ABŞ vətəndaşıdır. Yaralılar Təl Əviv xəstəxanalarına yerləşdirilib.
"Müəyyən edilib ki, zərərçəkənlər arasında iki rusiyalı turist var", - xəbərdə deyilir. Onların ər-arvad olduğu güman edilir.
Qeyd edək ki, bu gün hadisənin baş verdiyi şəhərdə ABŞ-ın vitse-prezidenti Co Baydenlə İsrailin keçmiş rəhbəri Şimon Peres arasında görüş keçirilib.
Nihad