9 Mart 2016 08:03
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Türkmən Cəbhəsinin rəhbərii və parlamentdəki İnsan Hüquqları Komitəsinin sədri Erşet Salehi İŞİD-in əlində 5 min kürd və 500 türkmən qadın əsirin olduğunu açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, Salehi Bağdadda keçirdiyi mətbuat konfransında İŞİD-in əsir götürdüyü qadınların bir qismini Suriyanın Rakka şəhərindəki ər-Rik (kölə) bazarında satdığını bildirib.

Əsir türkmən qadınlarının sayını ilk dəfə açıqlayan Salehi İŞİD-in əsirliyində ümumilikdə 5500 qadının olduğunu bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər