9 Mart 2016 14:42
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketlərin təchizatı üçün yararlı olan kompakt nüvə başlıqlarının istehsalına başlayıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya prezidenti Kim Çen In nüvə silahlarının istehsalı üzrə mütəxəssislərlə görüşü zamanı məlumat verib.

Görüş zamanı Koreya Müdafiə Komitəsinin sədri iştirakçıları nüvə potensialının möhkəmləndirilməsi işində ölkənin müdafiə sənayesi ekspertlərinin əldə etdiyi nailiyyətlərlə bağlı məlumatlandırıb.

Kim Çen Inın sözlərinə görə, belə nüvə başlıqlarının hazırlanması düşmənin təcavüzkar niyyətlərinin qarşısını almaqla yanaşı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün ölkənin sürətli iqtisadi inkişafını təmin etməyə imkan yaradacaq.

In əlavə edib ki, Pxenyan nüvə potensialını möhkəmləndirmək niyyətindədir: "Bununla yanaşı, əgər amerikalı imperialistlər KXDR-in suverenliyinə və mövcudluğuna qarşı hər hansı addım atsalar, Şimali Koreya heç bir tərəddüd etmədən ABŞ-a nüvə zərbəsi endirəcək".

Qeyd edək ki, bir neçə ay öncə KXDR-in hidrogen bombasını sınaqdan keçirməsi dünya ölkələrinin, o cümlədən ABŞ-ın kəskin etirazına səbəb olmuşdu. Vaşinqton hökuməti Şimali Koreyanı sanksiyalarla hədələmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər