10 Mart 2016 01:37
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Ukraynada prezident Poroşenko tərəfindən aparılan geniş iqtisadi islahatları dəstəkləyirik.

Teleqraf.com-un Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan ukraynalı həmkarı Pyotr Poroşenko ilə birgə mətbuat konfransı zamanı deyib.

Prezident qeyd edib ki, Türkiyə bu istiqamətdə Ukraynanı dəstəkləməyə davam edəcək. O xatırladıb ki, Türkiyə Ukraynaya 50 milyon dollar məbləğində kredit ayırıb. Bundan başqa, Ərdoğan humanitar sahədə layihələr üçün daha 10 milyon vəsait ayrılacağını deyib.

Ötən il tərəflərin 2023-ci ilədək ölkələr arasında mal dövriyyəsini 20 milyard dollara çatdırmaq məqsədlərini xatırladan Ərdoğan əlavə edib ki, Türkiyə və Ukraynanın ümumi əhalisi 125 milyon nəfər təşkil edir və bu rəqəm məqsədə çatmaq üçün ciddi göstəricidir.

Türkiyə prezidenti həmçinin ölkələr arasında azad ticarət zonası haqqında müqavilənin bu il imzalanacağına ümidvar olduğunu deyib.


Müəllif:

Oxşar xəbərlər