15 Mart 2016 17:14
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfrası keçirib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, toplantıda cənab Ərdoğan Ankara terroru ilə bağlı açıqlamalar verib:

"Bazar günü təşkil olunan hücum bütün Türkiyəyə, 79 milyon insana edilən hücumdur. Bu hücumda terror təşkilatı cani və alçaq üzünü göstərdi. Hücumda məqsəd millətimiz arasında qorxu yaratmaq, Türkiyəni qarşıdakı iddialarından vaz keçirtməkdir. Ancaq bunu bacarmayacaqlar, bu, mümkün deyil. Onlar Türkiyəni diz çökdürə bilməyəcəklər. Əksinə, özləri diz çökəcəklər".

Ərdoğan əlavə edib ki, Azərbaycan Ankara terrorundan sonra qara günün dostu olduğunu göstərdi: "Terrora dəstək verənlər bu qardaşlıq mesajından lazımi dərs götürməlidir".

Millət olaraq dost və qardaş ölkənin dəstəyi ilə bu sıxıntıları geridə qoyacağını, yeni Türkiyənin hamılıqla inşa ediləcəyinə bildirən Ərdoğan Prezident İlham Əliyevə və bütün azərbaycanlılara türk milləti adından təşəkkür edib.

Ərdoğan Türkiyə olaraq, başda işğal altında olan Dağlıq Qarabağ olmaq üzrə hər sahədə azərbaycanlıların yanında olmaqda davam edəcəklərini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər