Türkiyənin hakim partiyasının təmsilçisi ölkədə edam cəzasının tətbiqini gündəmə gətirib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin Uşaq Mərkəzi ilçə başkanı Turqay Eser sosial şəbəkələrdən birində bu haqda yazıb.
Son günlər terror, vətənə xəyanət və təcavüzlə bağlı cinayətlərin artmasına toxunan AKP təmsilçisinin bu fikri çoxsaylı bəyənilmə və şərhlərlə müşayiət olunub.