24 Mart 2016 14:52
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskvanın guya Baltikyanı ərazilərə, Bolqarıstan və ya Macarıstana tank göndərmək istəyi barədə təhdidli iddialara tezliklə son qoymaq lazımdı".

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov "Deutsche Welle" telekanalına müsahibəsində deyib.

Nazir müavinin sözlərinə görə, Rusiya Federasiyasının Baltikyanı ölkələrə, o cümlədən Sofiya və ya Budapeştə öz tanklarını göndərməyə hazırlaşdığı barədə iddialar həqiqətə uyğun deyil: "Heç kim bunu etmək fikrində deyil. Belə plan yoxdur. Rusiya müharibə istəmir".

Anatoli Antonovun Rusiyanın vuruşmağa hazırlaşdığı barədə iddiaları gülməli adlandırıb.

O, Rusiyanın Baltik dövlətlərinə yönəlik hücum planı ilə bağlı Baltikyanı ölkələr tərəfindən yayılmış fikirləri "köhnə fənd" adlandırıb: "Baltikyanı ölkələr qışqırır ki, "ruslar gəlir, xilas edin, hələ ki bacararsınız". Bu, bu çox köhnə fənddir.

Onlar Avropanı buna inandırmaqla Avropa ölkələrindən, o cümlədən Almaniya, Fransa, İtaliya və İspaniya rəhbərliklərindən müdafiə üçün böyük miqdarda maliyyə dəstəyi almaq mqəsədi güdürlər".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər