28 Mart 2016 15:12
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqindəki Donbas bölgəsinə səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin müşaviri Svyatoslav Tseqolko Tvitter hesabından məlumat yayıb.

Onun sözlərinə görə, Donbasda müvafiq təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Donbas 2 ildən artıqdır rus separatçılarının nəzarətindədir. Bir müddət öncə Poroşenko bildimişdi ki, Ukrayna yaxın bir il ərzində Donetsk və Luqanskı sülh yolu ilə azad edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər