2 Aprel 2016 00:58
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ qarşısında Türkiyə-Suriya sərhədinin bağlanmasının vacibliyi məsələsini qaldırıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə "RİA Novosti" xəbər yayıb. Xəbərdə bildirilir ki, bu məsələ Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasındakı telefon danışığı zamanı gündəmə gətirilib.

"Sergey Lavrov bir daha diqqətə çatdırıb ki, Türkiyə-Suriya sərhəddi "dəlik" kimi qalır və bizdə olan məlumata görə, buradan terrorçuların Suriyaya keçməsi üçün istifadə olunur. Bu səbəbdən sərhədin bağlanması tələbi irəli sürülüb", - Rusiya XİN-in məlumatında bildirilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər