ABŞ-ın Texas vilayətində 12 yaşlı şagird Valid əbu Şabana terrorçu deyən müəllim polis tərəfindən sorğu-suala tutulub.
Teleqraf.com xəbər verir ki, şagirdin atası Malik Şaban "oğlumun müsəlman olması onun terrorçu olması anlamına gələ bilməz" deyərək polisə müraciət edib. Məktəb rəhbərliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib və müəllim şagirddən üzr istəməyib. Malik Şaban hesab edir ki, müəllim şagirdlər arasında ayrı-seçkilik etməməlidir.
Qeyd edək ki, sinifdə film nümayiş etdirilərkən şagird Valid əbu Şaban gülüb. Bu zaman ingilis dili müəllimi ona "yerində olsam gülməzdim. Hər kəs sənin terrorçu olduğunu bilir" söyləyib. Bu ifadədən sonra sinif yoldaşları "sinifdə bomba var" deyərək Validi ələ salıblar. Şagirdin atası işə qarışandan sonra məsələ geniş müzakirələrə səbəb olub.
Ayxan