Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam dininin təbliği ilə bağlı bir sıra layihələrə imza atıblar.
Teleqraf.com xəbər verir ki, tərəflər İslam Əməkdaşlıq Təşkilatı liderlərinin 13-cü sammitində birgə bəyannamə imzalayıblar.
"İslam həmrəyliyinə sədaqətimizi qətiyyətlə təsdiq edirik. İƏT-in üzv dövlətlərini İslam dünyasında yeni strategiya hazırlamağa dəvət edirik. İslam ölkələrini beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasında və konkret məsələlərin qəbulunda tövsiyələrini verməyə səsləyirik", deyə bəyannamədə qeyd olunub.