18 Aprel 2016 18:31
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və ABŞ Cenevrədə Suriya ilə əlaqədar gizli danışıqlar aparmır".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: "ABŞ və Rusiya Suriyaya Beynəlxalq Dəstək Qrupunun tərkibində əməkdaşlıq edir. Heç bir gizli danışıqlardan söhbət getmir"

Nazir əlavə edib ki, Suriya hökumət qüvvələri müxaliflərə qarşı əməliyyat aparmır. Lavrov ABŞ "B planı" məsələsinə də aydınlıq gətirib. Onun fikrincə, ABŞ-ın Əsədi devirmək üçün "B planı" hazırlamaq istəyi böyükdür.

Samir


Müəllif:

Oxşar xəbərlər