29 Aprel 2016 15:33
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Andranik Koçaryan hərbi idarəetmə sistemindəki istefaların səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı "Aravot" qəzetinə açıqlama verib. Onun sözlərinə görə, generalların işdən çıxarılmasının əsl səbəbi ölkədə korrupsiya hallarının artmasıdır: "Əsas diqqət korrupsiya ilə mübarizəyə yönəldilməlidir. Ancaq bunu həll etmək asan deyil. Çünki ölkə günü-gündən zəifləyir. Bunun nəticəsidir ki, Azərbaycan da artıq bizim zəif cəhətlərimizi görür və bundan uğurla istifadə edir".

Qeyd edək ki, 4 günlük müharibə zamanı məğlubiyyətlə qarşılaşan Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin 3 generalını vəzifəsindən uzaqlaşdırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər