Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan polisə şikayət edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Urixanyan analitik.am saytının direktoru və köməkçisinin onu şantaj etdiklərini bildirib.
Şikayət ərizəsində "Alyans" partiyasının deputatı bu saytın onun ailəsi və özü haqqında yalan məlumat yazdığını bildirib. Deputat məsələni həll etmək üçün bir neçə dəfə sayt direktoru ilə görüşüb. Analitik.am saytının direktoru Ani Ovanisyan və kömükçisi deputatdan aylıq 500 min dram (1000 ABŞ dolları) qarşılığında bu cür materialları yazmayacaqlarını bildiriblər.
Sonuncu görüşdə isə Urixanyan pulu verməyə razı olub və Ovanisyan mayın 3-də pulu almaq üçün köməkçisini restoranlardan birinə göndərib. Bu zaman saytın direktor köməkçisi saxlanılıb. Bir neçə gün sonra isə Ovanisyan da həbs olunub. Hər iki şəxslə bağlı İrəvan polisi araşdırmalar başlayıb.
Samir