Kanadanın Alberta əyalətində bir həftədir tüğyan edən yanğınlar 7 milyard dollara başa gələcək.
Teleqraf.com xəbər verir ki, bu məbləğ Kanada üçün rekord olan sığorta ödəmələrini əks etdirir. Bununla bağlı BBC məlumat yayıb. Alovun artıq qonşu əyalətə də keçdiyi bildirilir. Hökumət yanğının bir ay davam edə biləcəyini deyib.
Fəlakət artıq 2 min kvadrat kilometr ərazini əhatə edib. Hökumət nümayəndələri bildirirlər ki, yalnız leysan yağışlar bu yanğının qarşısını ala bilər. Fort Mak-Mürrey şəhərindən 100 min nəfər təxliyyə olunub. Əhaliyə yaxın vaxtlarda evlərinə qayıda bilməyəcəkləri bildirilib. Həmin ərazilərdə artıq 1600 ev yanıb. Yanğının söndürülməsinə 500 yanğınsöndürən, 15 helikopter və 14 təyyarə cəlb edilib.