Sakit okeandakı 5 ada dəniz səviyyəsinin yüksəlməsi ilə sular altında qalıb. Həmin ərazidə yerləşən 6 ada da təhlükə altındadır.
Musavat.com xəbər verir ki, Avstralyanın 1500 kilometr şimal-şərqindəki Solomon adalarına aid 5 kiçik torpaq parçası iqlim dəyişikliyi ilə əlaqədar olaraq, dəniz səviyyəsinin yüksəlməsi nəticəsində sular altında qalıb.
Bu hadisə iqlim dəyişikliyinin Sakit okean sahillərindəki ilk elmi sübut kimi görülür.
Böyüklüyü 1 ilə 5 hektar arasında dəyişən adalarda yaşayışın olmadığı bildirilir.
Balaca kəndlərin olduğu digər 6 adanın isə qismən sular altında qaldığı və insanların oranı tərk etdiyi qeyd olunur.