12 May 2016 22:58
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada prezident vəzifəsini icra edən Mişel Temer rəsmi olaraq ölkəyə rəhbərlik etməyə başlayıb.

Prezident səlahiyyətlərini icra etməyə başlamazdan əvvəl Mişel Temer Dilma Russefin dövlət başçısı vəzifəsindən kənarlaşdırılması barədə rəsmi bildiriş imzalayıb.

Qeyd edək ki, Braziliyanın senatorları cümə axşamı keçirilən iclasda 20 saatlıq müzakirədən sonra ölkə prezidenti Dilma Russeffi müvəqqəti vəzifədən kənarlaşdırıblar.

Onu da xatırladaq ki, Braziliya müxalifəti prezidenti vergi pozuntuları və dövlət vəsaitlərindən təkrar seçilmək üçün istifadədə ittiham edir.

/Virtualorg.az/


Müəllif:

Oxşar xəbərlər