23 May 2016 12:56
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Birinci Dünya Humanitar Sammitində açılış niqti ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan çıxışında əsasən miqrant böhranı məsələsinə diqqət çəkib:

"Əzabın rəngi, irqi, dili və dini yoxdur. Türkiyə insanlıq cinayətinin cəzasız qalmaması üçün əlindən gələni edəcək. Uşaqların ölümünə səbəb olan əli qanlı diktatorların izini buraxmayacağıq.

Öhdəliklərimizi yaddan çıxarmamalıyıq. Bununla əlaqədar Türkiyə 140-dan çox ölkəyə humanitar yardım göstərir və minlərlə layihə həyata keçirir. Hazırda 3 milyondan çox suriyalı və iraqlı Türkiyədə miqrant həyatı yaşayır. Miqrantlar üçün xərclədiyimiz məbləğ 10 milyard dolları keçib. Dünya təşkilatlarının ümumi xərcləri isə 455 milyon dollar olub. Bütün səylərimizi birləşdirməli və bu problemin həllinə nail olmalıyıq.

Bu sammitdə iştirak edən hər kəsə “xoş gəldin” deyirəm və təşəkkür edirəm".

Samir


Müəllif:

Oxşar xəbərlər