23 May 2016 18:24
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Krımı qanunsuz ilhaq etməsi Krım xalqına zərər verir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro poroşenko İstanbulda keçirilən Birinci Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukraynanın Donbas bölgəsində baş verən hadisələr nəticəsində minlərlə insan həlak olub və yaralanıb, milyonlarla vətəndaş evlərindən didərgin düşüb: "Bir zamanlar böhrandan əziyyət çəkənlərə donorluq edən Ukrayna indi donor ölkələrdən yardım istəmək məcburiyyətində qalıb. Bu cür məsələləri yenidən nəzərdən keçirməliyik. Ukraynanın şərqindəki və Krımdakı humanitar böhran ciddi narahatlıqlar yaradır. Ukrayna mülki vətəndaşların qorunması, humanitar yardımların sürətli şəkildə çatdırılması üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır".

Samir


Müəllif:

Oxşar xəbərlər