Tehran Əfqanıstan taliblərinin lideri Mullah Akhtar Mansurun ölümündən əvvəl onun İranda olması barədə məlumatı təkzib edib.
Pakistan təhlükəsizlik xidməti rəsmilərinin sözlərinə görə Mansurun maşını mayın 21-də İrandan qayıdarkən vurulub.
Qeyd edək ki, insident Pakistanın Bəlucistan əyalətində baş verib.
Onun maşınını ABŞ-a məxsus dronlar vurub.
Pakistan xarixi işlər nazirliyinin məlumatına görə Mansurun hadisə yerindən tapılan pasportunda qüvvədə olan İran vizası olub.
Pasport Wali Muhammad adlı adama məxsus olub.
Pakistanın təhlükəsizlik xidməti bunun məhz Mullah Akhtar Mansurun ləqəbi olduğunu bildirir.
Onun mayın 21-də İrandan qayıtdığı güman edilir.
Amma İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hossein Jaberi Ansari mayın 23-də məlumatı rədd edib.
Mullah Akhtar Mansurun ölüm xəbərini ABŞ və Əfqanıstan təsdiqləyib.