Öz postunu Binəli Yıldırıma təslim edən Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu iqamətgahını bazar günü tərk edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Davudoğlu mayın 30-dan yeni kirayəyə götürdüyü evdə yaşayacaq.
Sabiq baş nazirinin kirayəyə götürdüyü ev Ankaranın Çayyolu bölgəsində yerləşir. Davudoğlunun 6 otaq və 1 salondan ibarət evinin aylıq kirayə haqqı 10 min lirədir (5000 AZN) .
Samir