İran bu il Məkkəyə Həcc ziyarətinə zəvvarlar göndərməyəcək.
Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın mədəniyyət naziri Əli Cənnəti bildirib.
Nazirin sözlərin görə, İran Səudiyyə Ərəbistanının yaratdığı maneələr səbəbindən Həcc ziyarətinə zəvvarlar göndərnəyəcək.
Qeyd edək ki, Məkkədə - Mina dağında ötən ilin sentyabrın 24-də baş verən izdihamda 1400-dən artıq zəvvar ölüb, 2000-ə yaxın insan isə yaralanıb.