5 İyun 2016 21:36
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ın Şimali Koreyanın nüvə proqramını bəhanə edərək, regionda hərbi-siyasi balansı dəyişməməsi üçün xəbərdarlıq edib. Amerika müttəfiqlərini Pxenyanın mümkün raket hücumundan qorumaq üçün Asiya-Sakit okeanı regionunda raketdən müdafiə sistemi qurmağı planlaşdırır.

Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edən Rusiyanın müdafiə naziri Anatoli Antonov deyib ki, bir dövlətin öz təhlükəsizliyini başqa birinin təhlükəsizliyi hesabına təmin etməsi çox təhlükəlidir. Onun sözlərinə görə, Rusiya raketdən müdafiə sisteminə prinsipcə etiraz etmir. Sadəcə Amerikanın bu məsələdə başqaları ilə məsləhətləşməməsindən narazıdır.

Rusiya nümayəndəsi Asiya-Sakit okean regionunda mövcud olan ümumi təhlükəsizlik arxitekturasını da tənqid edib. “Hazırkı regional təhlükəsizlik sistemi qapalı hərbi ittifaqlar şəbəkəsinə əsaslanır ki, bu da qarşılıqlı inam və anlaşma mühitinin yaranmasına xidmət etmir”, -- deyə o bildirib.


Müəllif:

Oxşar xəbərlər