6 İyun 2016 17:08
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı məşhur müğənni İn-Grid “V element” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, İn-Grid şəxsi həyatı və xarakteri haqqında maraqlı açıqlamalar verib: “Bir kişidə ehtiyacım olan bir neçə əsas xüsusiyyətləri axtarıram.

Onların hamısını bir insanda hələ ki, tapa bilməmişəm. Həmin keyfiyyətlər sədaqət, hörmət, incəlik və bir az da yumor hissidir. Mən həssas və emosional bir insanam. İnsanlar isə yanlarında ağlayan, sızlayan adamları sevmirlər. Ona görə də düşünürəm ki, güclü olmalıyam. Həftələrlə səfərlərdə oluram, oradan gəldikdən sonra isə evdə özümü tamamlanmamış hiss edirəm. Xaraktercə emosional insan olduğum üçün hamının xoşuna gəlməyə bilərəm. Hər zaman anamın qayğısına ehtiyac duyuram. İşimdə isə daha güclü insanam və işə daha ciddi yanaşıram. Heyvanları sevərəm, evdən kənarda 15 pişiyim var. Bacımın 56 pişiyi var. Bacımın həyat yoldaşının pişiklərə allergiyası olduğuna görə qısa zamanda həyat yoldaşından ayrıldı”.

İn-Grid italyanlar və azərbaycanlıların bənzər millət olduğunu da qeyd edib: “Hər iki millət öz emosiyalarını çox gözəl ifadə edirlər. Əl-qol hərəkətləri hisslərin ifadəsində mütləqdir. Buna görə də italiyanlar azərbaycanlılara bənzəyirlər”.

İtaliyalı müğənni “Eurovision” müsabiqəsində İtaliya təmsilçilərinin yüksək nəticəyə nail olmamasına da münasibət bildirib: “ “Eurovision”da İtaliyanın sadəcə bəxti gətirmir. Əslində, “Eurovision” müsabiqəsi ölkəmizdə o qədər də məşhur və sevilən yarışma deyil. İtaliyada bu yarışmağa adi insanlar baxırlar”.

“Sarı gəlin” mahnısını ifa edən İn-Grid ifa zamanı çətinlik yaşadığını da deyib: “Mən bir neçə ay Azərbaycanda qaldım və yalnız “Sarı gəlin” mahnısını deyil, bir neçə Azərbaycan mahnısını oxudum və albomuma daxil etdim. Bu işdə mənə ən çox Gövhər Həsənzadə kömək etdi”.

Müğənni sosial şəbəkədən də danışıb: “Real həyat yaşamaq virtual həyat yaşamaqdan daha yaxşıdır. Pərəstişkar toplamaq üçün müğənnilərin səhifələrinin olması də çox vacibdir. “Facebook” səhifəmi bir neçə ildir ki, özüm işlədirəm. Bütün pərəstişkarlarımın suallarını vaxt tapan kimi cavablandırıram. Bir neçə gün əvvəl Bakıda “İnstagram” səhifəsi də açdım”.

Azərbaycan haqqında təəssüratlarını bölüşən ifaçı şəhərimizin çox gözəl olduğunu deyib: “Burada şəhər dənizə çox yaxındır. Buna görə sevindim. İçərisəhəri çox sevdim. Valideynlərin öz uşaqlarına olan sevgisi mənim çox xoşuma gəldi”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər