9 Noyabr 2020 16:38
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalif parlament fraksiyaları yenidən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” parlament partiyaları rəhbərlərinin bəyanatında deyilir.

“Təxminən iki həftə əvvəl “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyalarının rəhbərləri Qaqik Sarukyan və Edmon Marukyan Baş nazir Nikol Paşinyana Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təklifi ilə müraciət ediblər. Bu iclas indiyədək keçirilməyib”, – deyə məlumatda bildirilir.

Dağlıq Qarabağda döyüş əməliyyatlarının hələ də davam etdiyini nəzərə alaraq, onlar parlamentin müxalifət fraksiyaları ilə təcili iclasın keçirilməsi tələbi ilə baş nazirə müraciət ediblər.

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri baş nazir Nikol Paşinyana Ermənistan Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyi təklif etmişdilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər