16 Noyabr 2020 10:12
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın son açıqlaması Cinayət Məcəlləsinin 222-ci maddəsinin üçüncü hissəsi ilə cinayət işi başlanması üçün bütün əsasları yaradır.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Melikyan deyib.

O hesab edir ki, Paşinyana qarşı quldurluq maddəsi ilə dərhal cinayət işi başlanmalıdır.

Melikyan əlavə edib ki, bir müxalifətçinin, hakimin burnundan qan axarsa, Nikol Paşinyan və komandasındakı şəxslər bunun üçün məsuliyyət daşıyacaq.

Xatırladaq ki, Baş nazir Paşinyanın Azərbaycan ərazilərində olan erməni ordusunu geri çağırması İrəvandakı siyasi təşkilatlarda ciddi çaxnaşma yaradıb.


Müəllif: Cavad

Oxşar xəbərlər