Ermənistanda hərbi vəziyyət rejiminin aradan qaldırılmasınə hələ ki ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mənim addımın” blokunun deputatı, parlament sədrinin müavini Lena Nazaryan deyib.
O, əlavə edib ki, hərbi vəziyyətin tətbiq edilməsi qərarı hökumət tərəfindən verilib.
“Mənim addımım” bloku vəziyyətin qiymətləndirilməsinə əsasən qərar qəbul edib. Hazırda hökumətdə bu qərarın ləğv edilməsi üçün implus yoxdur.
Vitse-spiker əlavə edib ki, parlamentdəki hakim fraksiya müxalifətin çağırdığı fövqəladə iclasda iştirak etməyəcək: “Biz bu təşəbbüsə qarşıyıq”.
Qeyd edək ki, Ermənistanda parlament müxalifəti xüsusi iclasın çağırılmasını və fövqəladə vəziyyətin aradan qaldırılmasını tələb edir. Bu baş versə, Baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi üçün real mexanizmlərin işə düşməsinə şərait yaranacaq. Məhz bu səbəbdən də hakim “Mənim addımın” blokundan olan deputatlar fövqəladə iclasın çağırılması üçün şura toplantısına qatılmır, onu görməzdən gəlirlər. Bu səbəbdən də iclasın keçirilməsi üçün kvorum alınmır.