“Bu müharibədə bir çox simvolik təsadüflər var. Məsələn, Azərbaycanın Dövlət Bayrağı Günü Şuşa şəhəri təslim olur, Monte Melkonyanın doğum günündə Kəlbəcər döyüşsüz Azərbaycana təhvil verilir”.
Teleqraf.com xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının sədri Artur Kazinyan deyib.
Partiya rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinə və ermənilərə xəyanət etdiyini, bu səbəbdən savaşı qızışdırdığını iddia edib.
Kazinyan bu gün Bakıda keçirilən Qələbə paradında erməni ordusundan qənimət kimi götürülmüş hərbi texnikaların nümayiş etdirilməsinə də diqqət çəkib və bunun günahkarının Paşinyan olduğunu bildirib:
“Bu gün Ermənistan tarixində “xalq ayıb günü” kimi qalacaq”.