27 Dekabr 2020 09:59
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərərək sənədlərlə Qarabağda müharibənin qaçılmaz, onun məğlub olacağı barədə xəbərdarlıq etmişdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandaki sabiq səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan deyib.

Onun sözlərinə görə, Zas Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana ünvanladığı məktubunda müharibə başlayacağı təqdirdə Ermənistanı məğlubiyyətin gözlədiyini açıq qeyd etmiş, müharibədən 26 gün öncə təlimlər keçirməyi təklif etmişdi: "O, savaşın başlanmasına qədər KTMT-yə müraciət etməyə çağırırdı, çünki bilirdi ki, Ermənistanın müharibəyə dözümü yox idi. Ermənistanda 2019-cu ildən məxfi agentura şəbəkələri hərəkət edir. Məktubda Zas qeyd edirdi ki, Ermənistan 2018-ci ildən informasiya və diplomatik müharibəni uduzur və onu biabırçı məğlubiyyət gözləyir. Bu məktub sübut edir ki, Nikol Paşinyan müharibə barədə məlumatlı idi. Məktub və ona əlavə edilmiş sənədlər diplomatik xəbərdarlıq idi. Demək olar ki, yazılanların 99 faizi həyata keçdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər