Müharibə zamanı itkin düşən daha yeddi erməni hərbçinin cəsədini tapılıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hərbi cinayətkar Unan Tadevosyan bildirib.
O, deyib ki, yanvarın 12-də Cəbrayılda 4, Füzilidə 2, Qarabağ və Zəngəzur sərhədlərində isə 1 cəsəd tapılıb.
Qeyd edilib ki, hazırda erməni axtarış və xilasetmə qrupu Talış, Suqovuşan və Hadrut istiqamətində axtarışları davam etdirir.
Bununla da müharibədən sonra erməni tərəfinin döyüş meydanında topladığı cəsəd sayı 1299 oldu.