14 Yanvar 2021 20:44
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin Ermənistanın baş nazirliyinə namizədi Vazgen Manukyan “Sputnik Ermənistan”a müsahibə verib.

Teleqraf.com xəbər verir ki, hələlik müsahibənin tam mətni açıqlanmayıb. Yalnız agentliyin “Telegram-kanal”ında müsahibənin əsas başlıqları yerləşdirilib. Beləliklə, V.Manukyanın müsahibə zamanı səsləndirdiyi əsas fikirlər bunlardır:

– Ermənistanın təhlükəsizliyinin təməlində Rusiya ilə keçmiş müttəfiqlik münasibətlərinin bərpası prosesi dayanmalıdır.

– Ölkənin daxilində yalnız onun zərərinə işləyən bir çox xarici QHT fəaliyyət göstərir.

– Qarabağ məsələsinin bəziləri üçün artıq keçmişdə olması faktı Rusiya və Ermənistanın arasını vurmaq istəyənlərin əlinə işləyir.

– Bakının iki vəzifəsi var – Naxçıvanı Azərbaycanla birləşdirən yol və “Qarabağın tam mənimsənilməsi”.

– 11 yanvar tarixində Moskvada imzalanmış bütün sənədlər istisnasız olaraq Azərbaycan tərəfini qane edir. İrəvan Paşinyanın olduğu istənilən danışıqlarda uduzacaq.

– Paşinyan hakimiyyətdə olduğu illər ərzində Qarabağla bağlı danışıqlar prosesini tamamilə məhv etdi, bu da müharibəyə gətirib çıxardı.

– Paşinyan qorxmuş baş nazirdir, hansı ki, heç nə itirməyib.

– Qarabağda hərbi əməliyyatların bərpası istisna olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər